Tarix : 2020 Jul 17
Kod 59996

Qarabağ müharibəsinin sabiq iranlı məsləhətçisi: İran xalqı və dövləti Qarabağ böhranına kömək etməyə hazırdır

Qarabağ müharibəsində sabiq iranlı məsləhətçi Mənsur Həqiqətpur: “Azərbaycan Respublikası Qarabağın azad olunması üçün hərəkətə keçməlidir. İslam dünyası da öz əsas vəzifəsinə əməl etməlidir. Səbirsizliklə gözləyirik ki, Azərbaycan Respublikası tərəfindən əsaslı addımlar atılsın və azərbaycanlı mücahidlər bir göz qırpımında Qarabağ torpağını azad etsinlər.”
AranNews – Qarabağ müharibəsinin sabiq məsləhətçisi və Qafqaz məsələləri üzrə ekspert Qarabağ münaqişəsi və sionist rejiminin hər iki tərəfə dəstək verməsi barədə “Anac” müxbirinə deyib: “Qarabağ hekayəsi qüssə ilə dolu bir hekayədir. İmperialist ölkələr müsəlmanların ərazisini alaraq erməni işğalçılarına verdilər və bu hadisədən 20 il ötməsinə baxmayaraq hələ də münaqişənin hər iki tərəfinə siyasi, iqtisadi və silah dəstəyini davam etdirirlər ki, bu münaqişə həll olmadan davam etsin.”
Həqiqətpur Qarabağda baş verən zülmləri bağışlanılmaz hesab edərək deyib: “Azərbaycan Respublikası Qarabağın azad olunması üçün hərəkətə keçməlidir. İslam dünyası da öz əsas vəzifəsinə əməl etməlidir. Səbirsizliklə gözləyirik ki, Azərbaycan Respublikası tərəfindən əsaslı addımlar atılsın və azərbaycanlı mücahidlər bir göz qırpımında Qarabağ torpağını azad etsinlər.”
Qarabağ müharibəsinin iranlı komandiri deyib: “Azərbaycan Respublikası ötən illərdə bu iş üçün ümid yaratmışdır, lakin Qarabağın azadlığı yaşıl siyasi masa arxasından keçmir. Qarabağın azad olunmasının yeganə yolu iradə və xalq qüvvələrinə arxalanmaqdır.”
Qafqaz məsələləri üzrə ekspert deyib: “İslam dünyası Qarabağın azad olunması üçün mənəvi, siyasi və iqtisadi köməklərini işə salmalıdır. Azərbaycan dövləti əvvəl bu iş üçün iradə göstərməlidir, sonra strategiya dəyişikliyi etməlidir və İslam dünyasından kömək istəməlidir.”
M. Həqiqətpur işğal edilmiş ərazilərin azad olunmasında xalq qüvvələrinin rolunu inkaredilməz adlandıraraq deyib: “İraq Həşd-Şəbisi, Suriya könüllü xalq qüvvələri və Yəmən təşkilatlanmış xalq qüvvələri məntəqə ölkələrinin ərazi bütövlüyünün qorunmasında rolunun bariz nümunələridir. Bu qruplar İran İslam Respublikasının dəstəyi ilə yaranmayıbmı? Bəs Azərbaycan dövləti bu potensialdan nə üçün faydalanmır?”
Həqiqətpur əlavə edib: “Azərbaycan hökuməti islami potensiallara görə narahatdır. Lakin bu narahatlığa əsas yoxdur. Suriyada Bəşar Əsəd təkfirçi və terrorçu qruplara qarşı bu potensialdan istifadə etmədimi? İran xalqı və dövləti Qarabağ böhranının həlli üçün Azərbaycan Respublikasına dəstək verməyə hazırdır.”
Hərbi məsləhətçi deyib: “Azərbaycan Respublikası rəsmiləri İran kimi şəffaf və coşqun çayın yanında oturublar, amma gözlərini Amerika və İsrailin yandırıcı ilğımına göz dikiblər. Əliyev hökuməti bilməlidir ki, Qarabağ Azərbaycan Respublikası xalqının əli ilə və onun İran kimi ürəyiyanan qonşusunun dəstəyi ilə azad ola bilər.”

 
  • Yazılıb
  • da (də) 2020 Jul 17
  • Göndərən جهان کمالی