Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə son erməni təcavüzü barəsində bəyanatla çıxış edib.
Arannews-Rakurs.tv Müsəlman Birliyi Hərəkatının mətbuat xidmətinə istinadən Tale Bağırzadənin bəyanatını təqdim edir:
"Ötən gün torpaqlarımızda düşmənin törətdiyi təxribat hər bir azərbaycanlıda nifrət və qəzəb hissini coşdurdu. Dörd əsgərimiz şəhid oldu. Biz, bu fürsəti əldən vermədən düşməni törətdiyi təxribata görə dərhal cəzalandırmalıyıq. Bunun üçün işğal olunmuş ərazilərimizdə ordumuza qarşı hücuma keçən düşməni məhv edərək torpaqlarımızı geri qaytarmalıyq. Düşmənin atdığı addım yetərli səbəbdir ki, ordumuz bu vəziyyəti fürsətə çevirsin. Heç şübhəsiz ki, xalq həmişə olduğu kimi öz ordusunun yanında və ona dəstək olacaq. Biz də Müsəlman Birliyi Hərəkatı olaraq ön cəbhədə mübarizə aparmağa, son damla qanımıza qədər vuruşmağa hazır olduğumuzu bir daha bəyan edir, bunu özümüzə müqəddəs vəzifə bilirik. Cismimizlə bərabər mənəvi dəstəyimiz, dualarımız, savaş ruhumuz daim şücaətli cəsur əsgər və zabitlərimizlədir. Allah böyükdür, vətən sağ olsun!
Tale Bağırzadə
Müsəlman Birliyi Hərəkatının sədri
Qobustan həbsxanası
13 iyul, 2020-ci il."