Düşmənlə döyüşlərdə və şəhərin müdafiəsi zamanı 26 min nəfərə yaxın ağdamlı şəhid olub
Armenia Servisi/Aran Agentliyi
Bu gün Qarabağın dilbər güşələrindən olan Ağdam şəhərinin işğalından 15 il ötür. Erməni qəsbkarları elan edilməmiş müharibəyə başlayandan torpaqlar zəbt olunanadək -1993-cü il iyulun 23 - Ağdam rayonu 1094 kvadrat kilometrlik əraziyə malik idi. Hazırda həmin ərazilərin 882 kvadrat kilometri zəbt edilib. 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb. İşğal nəticəsində rayona 13 milyard 135 milyon ABŞ dolları həcmində ziyan dəyib. Düşmənlə döyüşlərdə və şəhərin müdafiəsi zamanı 26 min nəfərə yaxın ağdamlı şəhid olub.
124 kəndindən 80-i, 38 kolxoz-sovxozundan - 26-sı, 129 səhiyyə obyektindən - 105-i, 108 məktəbindən 74-ü, 271 mədəniyyət evi-klubdan 199-u, 24 tikinti təşkilatının hamısı, 67 İdarə və müəssisəsi, 16 sənaye müəssisəsi, 17 məsciddən 14-ü işğal altında qalaraq məhv edilib. 150 minlik əhalisinin 128 mini məcburi köçkündür.