Tarix : 2020 Jul 19
Kod 60003

Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə təmsilçisi: Azərbaycan ordusu hərbçilərinin şəhadəti münasibətilə bu ölkə xalqına başsağlığı verirəm-sioniszm əsas təqsirkardır

Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə təmsilçisi höccətül-islam vəl-mislimin Ali-Haşim erməni silahlıları ilə döyüşdə Azərbaycan Respublikasının bir neçə hərbçisinin şəhid olması münasibətilə başsağlığı verib
AranNews – Vəliyyi-fəqihin nümayəndəsi və Təbrizin imam cüməsi Ali-Haşim 16 iyulda “Səhənd” telekanalından yayımlanan görüntüdə Ermənistan qüvvələrinin Azərbaycanın Tovuz rayonuna hücum etməsinə münasibət bildirərək bunun əsas səbəbkarının sionist rejimi olduğunu bildirib.
Vəliyyi-fəqihin təmsilçisi deyib: “Azərbaycan ordusu hərbçilərinin şəhadəti münasibətilə bu ölkə xalqına başsağlığı verirəm. Ali Məqamlı Rəhbər İmam Xameneinin buyurduğu kimi Qarabağ İslam torpağıdır və biz bu əraziləri Azərbaycana aid bilirik. Mütəal Allahdan Qüds və Qarabağın İslamın qucağına qayıtmasını diləyirik. Təbii ki, hər kəs Qarabağı müdafiə edərkən həlak olsa, şəhid sayılır.
Biz bu ixtilaf və müharibənin əsas səbəbkarını sionist rejimi bilirik. Qarşıdurma tərəfləri olan ölkələr bilməlidir ki, Amerika kimi sionist rejiminə də güvənmək olmaz.
Azərbaycanın son şəhidlərinə hörmətlə yanaşmaqla yanaşı hər iki ölkəni danışıqlara, ədalətli sülhə, məsələni diplomatik yolla həll etməyə çağırırıq. Müharibənin davam etməsi heç kimin xeyrinə deyil.”
  • Yazılıb
  • da (də) 2020 Jul 19
  • Göndərən جهان کمالی