Azərbaycan ordusunun müsəlman və bizimlə soydaş olan yüksək rütbəli hərbçilərinin qəsbkar ermənilərin əli ilə şəhid edilməsi bizim üçün çox ağır və kədərlidir. İşğalçı ermənilər tərəfindən törədilən bu cinayət…
AranNews-in “Tabnak”-a istinadla verdiyi xəbərə görə, Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə təmsilçisi və Ərdəbil şəhərinin imam cüməsi Ayətullah Seyid Həsən Amili Azərbaycan Respublikası ordusunun bir qrup hərbçisinin şəhadəti münasibətilə bu ölkə xalqına başsağlığı verib. Məktubun mətni aşağıdakı kimidir:
Bismillahir-Rəhmanir-Rəhim
Tovuz məntəqəsində Azərbaycan və Ermənistan arasındakı rəsmi sərhəddə Azərbaycan ordusunun bir qrup gənc və yüksək rütbəli hərbçilərinin şəhid olması barədə kədərləndirici xəbər aldıq.
Beynəlxalq qanunları pozmaqla hücumu başlayan Ermənistan dövlətinin şər əməllərini pisləyirik və bu məşum hücumun böyük şəhidlərinin uca ruhuna salam və salavat göndəririk, Azərbaycanın böyük və sinəsi dağlı xalqının, müsibət üz vermiş ailələrinin qəminə şərik olduğumuzu bildiririk və Mütəal Allahdan şəhidlərimiz üçün ulvi dərəcələr, onların ailələri və yaxınları üçün səbr diləyirik.
Azərbaycan ordusunun müsəlman və bizimlə soydaş olan yüksək rütbəli hərbçilərinin qəsbkar ermənilərin əli ilə şəhid edilməsi bizim üçün çox ağır və kədərlidir. İşğalçı ermənilər tərəfindən törədilən bu cinayət son olsa da, sonuncu deyil. Ona görə də bu kimi cinayətlərin qarşısının alınması, pak və günahsız insanların qanının qorunması, Azərbaycan cəmiyyəti və bütün dünya azərilərinin izzət və qürurunun qorunması naminə Azərbaycanın hörmətli hökumətindən təcili tədbirlərin görülməsini gözləyirik.