Tarix : 2008 Jul 23
Kod 6001

MÜSAVAT AVQUSTUN 1-nə PİKET TƏYİN ETDİ

Hakimiyyət icazəsiz piketədə iştirak edənlərin hamısını üç günlüyə də olsa həbs etdirib Məclisdə yetərsay problemi yarada bilərmi
Azerbaijan Servisi/Aran Agentliyi
Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında növbəti dəfə piket keçirmək qərarı verib. Piket avqustun 1-də keçiriləcək. Bu barədə qərar Müsavat Divanının iclasında verilib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, budəfəki piket də sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılmasına etiraz olaraq keçiriləcək. Məlum olduğu kimi, avqustun 2-də Müsavat Məclisinin toplantısı keçiriləcək. Bəs, Məclisin sessiyasından bir gün əvvəl aksiyanın keçirilməsi nə dərəcədə əlverişlidir? Aksiyaya icazə verilməsi də şübhə altındadır.
Hakimiyyət icazəsiz piketədə iştirak edənlərin hamısını üç günlüyə də olsa həbs etdirib Məclisdə yetərsay problemi yarada bilərmi?
Suallara A.Hacılı belə cavab verdi: “Divanda müzakirə oldu və ayın 1-i məqsədəuyğun sayıldı. Hakimiyyət əgər Məclisin baş tutmasına mane olmaq məqsədilə piketçiləri həbs etsə belə, istəyinə nail ola bilməz. Çünki piketdə iştirak edənlərin mütləq əksəriyyəti Məclis üzvü deyil”.
Müsavat rəsmisi vurğuladı ki, BŞİH-nin müraciətə hansı cavab verməsindən asılı olmayaraq aksiya keçiriləcək.
  • Yazılıb
  • da (də) 2008 Jul 23