Tarix : 2020 Jul 21
Kod 60010

Şüeyb Bəhmən: Sionistlər Ermənistanla Azərbaycan əleyhinə informasiya əməkdaşlığı edir-Qarabağ problemi qısa müddətdə həll oluna bilməz

Orta Asiya və Qafqaz məsələləri üzrə ekspert deyib: “Ötən illərdə sionistlər Azərbaycan Respublikası ilə geniş şəkildə hərbi-təhlükəsizlik əməkdaşlığı ediblər və Ermənistanı işğal edilmiş Fələstin ərazilərində səfirlik açmağa rəğbətləndirmək məqsədilə Azərbaycanın hərbi məlumatlarını ermənilərə veriblər.”
AranNews – Ötən həftə Ermənistan Tovuz sərhəd rayonuna hücum etdi və bu hücum nəticəsində Azərbaycan Respublikasının 14 nəfər zabit və yüksək rütbəli hərbçiləri həlak oldu. Ermənistan bu hücumu ilə 1994-cü ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə yaranmış atəşkəsi pozmuş oldu.
Bu hücum Ermənistan və Azərbaycan arasındakı köhnə yaranın üstünü bir daha açdı, iki ölkə ordusu sərhəd məntəqələrində üz-üzə gəldi. Hər iki ölkənin hərbi rəsmiləri qarşı tərəfə ağır zərbə endirildiyini deyir və bu arada yalnız bu atəşin qurbanı olmuş hərbçilər və mülki şəxslər ortada qalır.
Orta Asiya və Qafqaz məsələləri üzrə ekspert Şüeyb Bəhmən “ANA” İnformasiya Agentliyinin beynəlxalq bölməsinin müxbirinə verdiyi müsahibəsində Azərbaycan və Ermənistan sərhədində baş vermiş gərginlik barədə deyib: “Hazırkı toqquşma Qarabağ münaqişəsi zonasında və onun ətrafındakı məntəqələrdə deyil və münaqişə zonasından uzaqda baş vermişdir. Lakin iki ölkə arasındakı gərginliyin əsas səbəbi hələ də Qarabağ münaqişəsidir. Sülh istiqamətində baş tutmuş müxtəlif vasitəçiliklərin faydasız olmasının səbəbi Qarabağ münaqişəsinin həlli üçün xüsusi və aydın mexanizmin təqdim edilməməsidir.
İndiyədək bir sıra ölkələr vasitəçilik etmişdir və ayrı-ayrı planlar masa üzərinə qoymuşdur. Amma onlar bir tərəfin xeyrinə, yaxud digər tərəfin zərərinə olmuşdur. Bu məsələ müzakirələrin gedişatını ləngitmişdir. Habelə, İran İslam Respublikası kimi bir sıra ölkələr də bitərəf olaraq bir sıra planlar təqdim etmişdir. Lakin bu planlar regional oyunçular tərəfindən dəstəklənməmişdir. Üstəlik, Azərbaycan və Ermənistan Qarabağ münaqişəsindən öz siyasi məqsədləri üçün faydalanmağa səy edirlər, hər iki ölkə başçıları və hakimiyyəti öz hökumətinin davamını Qarabağ münaqişəsinə bağlayıblar.”
 
Sionistlər fitnə oduna üfürürlər
Ekspert sionist rejiminin iki ölkə arasındakı gərginliyin artmasında mənfi təsirinə və sionistlərin Ermənistanla Azərbaycan Respublikasının əleyhinə əməkdaşlığına da toxunaraq deyib: “Azəri mənbələri xəbər verirlər ki, ötən illərdə Azərbaycan Respublikası ilə çox geniş şəkildə hərbi-təhlükəsizlik əməkdaşlıqları etmiş israillilər yaranmış fürsətdən istifadə edərək Ermənistanı işğal edilmiş Fələstin ərazilərində səfirlik açmağa rəğbətləndirmək məqsədilə bu ölkənin bir çox hərbi məlumatını ermənilərə veriblər. Bu xəbərin yayılması böyük rezonans doğurdu. Ermənilər əldə etdikləri məlumatın itirilməməsi və ondan yetərincə faydalanmaq üçün döyüşə başladılar. Azəri tərəfi də öz məlumatında dəyişiklik yaratmağa vaxt qazanmaq üçün ermənilərin cavabını verdi.”
Ş. Bəhmən daha sonra deyib: “Azərbaycan Respublikasında nüfuzlu sionist cərəyanlar döyüşlərin getdiyi son günlərdə azəri tərəfini döyüşü davam etdirməyə bərk təhrik edirdilər. Məntəqədə qarşıdurma yaranması sionistlər üçün bir neçə cəhətdən faydalıdır. Birincisi, israillilər son illərdə Azərbaycan Respublikası ilə iri həcmdə silah alveri ediblər. Döyüş təchizat və silahları nə qədər çox istifadə olunsa, azəri tərəfi onun yerini doldurmaq üçün təzədən almağa məcburdur. Sionist rejiminin hərbi sənayesi Azərbaycanın silah müqaviləsinin bir tərəfi olaraq bu döyüşlərdən xeyir götürəcək. İkincisi odur ki, sionistlərin regionda digər strategiyaları da vardır və o da İranın şimal sərhədlərində sabitsizlik yaratmaq, beləliklə İranı Qərbi Asiyadan digər sərhədlərə fokuslandırmaqdır.
Qafqazda müharibə odunun alovlanması sionistlər üçün çox faydalıdır. Onların bunda marağına diqqət etməklə, məlumdur ki, öz maraqlarını irəli aparmaq və fitnə atəşini qoruyub saxlamaq üçün hər vasitədən istifadə edirlər.”
Qafqaz və Orta Asiya məsələləri üzrə ekspert Qafqazın siyasi hadisələri, Azərbaycan və Ermənistanın Qarabağa görə münaqişələrinin gələcəyi haqda deyib: “Qarabağ münaqişəsinin təsirli oyunçuları arasında razılaşma olmadan, Qarabağda sülhə nail olmaq mümkün deyil. Bu oyunçular Azərbaycan və Ermənistanın daxili cərəyanları da ola bilər; İran, Türkiyə, Rusiya, Avropa Birliyi, hətta Amerika da ola bilər. Hər halda hər birinin ayrı-ayrı və bir-birinə zidd maraqları olan oyunçuları bir yerə toplamağın çətinliyi göstərir ki, hamının razı olacağı bir razılaşma əldə etmək elə də asan olmayacaq.
Ən azından Qarabağ münaqişəsinin həlli üçün qısamüddətli və ortamüddətli aydın bir perespektiv görünmür. Demək olar ki, bu münaqişə bu formada davam edəcək. Hər halda Azərbaycan və Ermənistan arasında sülhə oxşar bir atəşkəs mövcuddur ki, hər iki-üç ildən bir pozulur və bu kimi qarşıdurmalar yaranır. Amma Qarabağ münaqişəsinin həllini çətinləşdirən əsas məsələ budur ki, münaqişənin oyunçularının hər biri onun həllindən daha çox davam etməsindən faydalanırlar. Türkiyə Azərbaycanda öz nüfuzunu genişləndirə bilmək, habelə soyqırım məsələsinə və Ermənistanla ixtilafı olduğu üçün bu münaqişənin həllinə meyl göstərmir və ondan oyun kartı kimi istifadə edir.”

 
  • Yazılıb
  • da (də) 2020 Jul 21
  • Göndərən جهان کمالی