ABŞ-ın Missisipi ştatının universiteti Pentaqonun tapşırığı ilə Rusiya ərazisində istifadə olunan mobil telefonları, o cümlədən Severodvinsk ətrafındakı Nenoks qəsəbəsində yerləşən məxfi poliqonda istifadə olunan telefonları izləyib.
Arannews-Virtualaz.org xəbər verir ki, izləmə nəticəsində həmin poliqonda istifadə olunan 48 mobil telefondan birinin sonradan Azərbaycanda qeydə alındığı üzə çıxıb.
Bu haqda “The Wall Street Journal” qəzeti yazır.
Mütəxəssislər analiz üçün açıq mənbələrdən məlumatları istifadə ediblər, onlar mobil əlavələrin topladığı və daha sonra reklam məqsədləri ilə yaydıqları informasiyaları təhlil ediblər.
Mütəxəssislər Arxangelsk vilayətinin Nenonks qəsəbəsi ətrafındakı məxfi hərbi poliqonda 2019-cu il avqustun 9-da istifadə olunan telefonları da izləyiblər. Belə ki, bundan bir gün əvvəl poliqonda nüvə mühərrikinin sınaqları zamanı qəza baş vermişdi və bir neçə mütəxəssis həlak olmuşdu. Qərb mənbələri bildirirdi ki, poliqonda nüvə mühərrikli “Burevestnik” raketi üçün mühərrikin sınaqları keçirilirdi. Həmin sınaq isə uğursuz olub.
Poliqonda istifadə olunan 48 mobl telefondan biri sonradan Kubada, daha bir Azərbaycanda qeydə alınıb. Digər telefonların sahibləri isə Moskvaya, Sankt-Peterburqa, Severodvinskdəki və Arxangelskdəki qapalı hərbi obyektlərə gediblər.
Pentaqonda bu layihəni maliyyələşdirdiklərini təsdiq ediblər və bildirib ki, hərbçilər arasında informasiya mübadiləsinin yaxşı potensialı qeydə alınıb. Qəzet yazır ki, eksperimentin məqsədi mobil rabitədən istifadə barədə açıq mənbələrdən toplanan informasiyaların hərbi və kəşfiyyat məqsədləri üçün istifadə imkanlarını göstərmək idi.