Tarix : 2020 Jul 21
Kod 60014

AXCP üzvü barədə həbs qərarı dəyişdi

Xətai Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Səid Məmmədzadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müfafiə tərəfinin vəsatətinə baxılıb.

Arannews-Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə vəkil Elçin Sadıqov sosial şəbəkə hesabında paylaşım edib: "Məmmədzadə Səid barəsində seçilmiş həbs qətimkan tədbirinim ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətimiz Bakı şəhər Xətai Rayon Məhkəməsinin hakimi Lalə xanım Rəhimli tərəfindən təmin olundu və S.Məmmədzadə 15 avqust 2020-ci il tarixədək ev dustaqlığına buraxıldı. Allah bütün təqsirsiz məhkumların qapısını açsın".
Qeyd edək ki, Qaydasız Döyüş üzrə Avropa çempionu oan AXCP üzvü Səid Məmmədzadə (Bakuvi) AXCP sədri Əli Kərimlinin mühafizəçisidir. O, mayın 16-da saxlanılıb. O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla xuliqanlıq maddəsi ilə ittiham edilir.

AXCP cinayət işinin saxtalaşdırıldığını və S.Məmmədzadənin təqibinin siyasi motivli olduğunu bəyan edib. Daxili İşlər Nazirliyi isə S.Məmmədzadənin hər hansı partiyanın üzvü olub-olmamasının bu məsələyə aidiyyəti olmadığını bildirmişdi.

  • Yazılıb
  • da (də) 2020 Jul 21
  • Göndərən جهان کمالی