Tarix : 2020 Jul 22
Kod 60019

Qarabağ müharibəsində iranlı məsləhətçilərin roluna baxış

Əliyevin iranlı generala Fəth medalı verməsi-Məğlubiyyət amili; Bakı hökuməti

İranın Qarabağ müharibəsindəki rolu media şantajları ilə üzləşsə də, bir sıra mövcud sənəd və faktlar bu iddianın düzgün olmadığını sübuta yetirir və göstərir ki, İranın hərbi və digər dəstəkləri Azərbaycan dövlətinin passivliyi ilə üzləşdiyi üçün örtülü qalmışdır.
AranNews-in “Anac”-a istinadla verdiyi xəbərə görə, Azərbaycanın bir sıra kor təəssübkeşləri və separatçıları dəfələrlə “İran Qarabağ müharibəsində heç bir kömək etməyib” cümləsini işlədiblər. Qarabağ məntəqəsində münaqişənin qızışdığı və İran xarici siyasətinin hazırkı bir durumda passiv siyasətinə diqqət etməklə, İranın Qarabağ müharibəsi dövründə atdığı addılmlara, təlaş və yardımlara yenidən baxmağı zəruriləşdirir.
Qarabağ müharibəsinin iranlı məsləhətçilərindən biri Rəhim Noi-İqdamdır. O, Qarabağ müharibəsi ilə bağlı xatirələrinin birində deyir:
“Azərbaycan ordusunun iki briqadası dövlətə xəyanət edərək Mil-Muğan Su Anbarını geri almaq barədə əməliyyat planını icra etmədi. Mən 11 nəfər parsabadlı bəsici ilə su anbarını tamamilə işğaldan azad edib Azərbaycan Respublikası dövlətinə verdim. Heydər Əliyev bu uğura görə mənə dedi: - Rəhbərinə de ki, əgər mənim də sizin kimi ölümün gözünə dik baxan 11 əsgərim olsaydı, bir gecəyə bütün Qarabağı alardım!”
Bu qələbədən sonra Heydər Əliyev iranlı generala Fəth medalı olaraq bir qılınc verdi və Noi-İqdam bir neçə il bundan əvvəl universitet tələbələri ilə görüşdə bu medalı ilk dəfə olaraq göstərib.
Azərbaycanın mərhum prezidenti hazırlıqlı xalq qüvvələrinə ehtiyacı olduğunu deyirdi. Lakin bugün Bakı və digər şəhərlərdə minlərlə müsəlman azərbaycanlı küçələrə axışaraq Qarabağ müharibəsində iştirak etməyə hazır olduqlarını bildirirlər. Bu hazırlıq kimlik və etiqad baxımından separatçıların toplantılarından fərqlənir. İndiyə kimi Qarabağ müharibəsində iştirak etməsinə aid heç bir sənəd təqdim edə bilməyən millətçi və separatçı qruplar Ermənistanın son hücumlarına etiraz olaraq keçirilən aksiyada ictimai rəyi çaşdırmaq və səhv ünvan vermək ardınca idilər.
Mehdi Qulirizayi Qarabağ müharibəsinin digər məsləhətçi və komandirlərindəndir. O, xatirələrinin bir hissəsində deyir:
“Ermənistan qüvvələri Araz çayının şimal hissəsi səmtindən Şuşa istiqamətindən Aslanduz, Füzuli, Ağdam, İmişli və Sabirabad səmtinə irəliləməyə başladıqda, İran İslam Respublikasının rəsmiləri və xalqı Arazın o tayından gələcək köçkünlər və dinc əhalinin vəziyyəti ilə bağlı dərhal tədbir görülməsi fikrinə düşdülər. Bu məntəqələrə yollandılar, erməni qüvvələri barədə anbaan məlumat topladılar və ilk addımda onların irəliləməsinin qarşısını aldılar. İkinci addımda isə doğrudan da acınacaqlı vəziyyətdə olan müharibə köçkünlərinə humanitar yardımlar etdilər.
Qarabağ müharibəsində vəziyyət elə idi ki, hətta quru çörəyi də təmin etmək çox çətin idi və bərk qıtlıq hökm sürürdü. Belə bir vəziyyətdə biz Parsabad və Aslanduza tərəf getdik, Mil-Muğan Su Anbarının o tərəfində erməni qüvvələrinə qarşı mübarizə apardıq.”
İranlı məsləhətçi əlavə edir:
“Mil-Muğan Su Anbarının o tərəfində 5 katyuşadan ibarət artilleriya var idi və hər katyuşada 40 ədəd raket olsaydı, deməli, azəri qüvvələrin orada atılmağa hazır 200 raketi var idi. O saatda erməni qüvvələri bu anbara 50 km yaxınlaşmışdı. Azərbaycanlı qüvvələr bu xəbəri eşitdikdə yay fəsli olduğu üçün suyu azalmış Araz çayından İrana keçmişdilər. Mən artilleriya komandirinə dedim ki, bu silahlar ermənilərlə mübarizə etmək üçün uyğundur və bu məsafədən ən azı 200 raket onlara tərəf ata bilərdin və erməni qüvvələrinin irəliləməsini dayandıra, yaxud ləngidə bilərdin. Artilleriya komandiri dedi: - Rəhmətliyin oğlu, Heydər Əliyev evində otursun, mən ona görə döyüşüm?!!
Azərbaycanlı qüvvələrin bəzilərinin əhval-ruhiyyəsi bu qədər zəifləmişdi. O günlər Azərbaycanın hərbi komandirlərlə söhbətdə onlara deyirdim ki, siz SSRİ ordusunun bir hissəsi olmusunuz, amma hərbi məsələlərdən baş açmırsınız?! Hətta onların arasında elə komandirlər var idi ki, xəritə oxumaqda, hədəfi tapmaqda və hərbi inhirafları tənzimləməkdə naşı davranırdılar. Deyirdilər ki, SSRİ ordusunda bizə dəstək və tədarükat işləri tapşırılıb, biz kəşfiyyat və əməliyyat işlərində iştirak etməmişik və ixtisasımız bu qədərdir.”
Qulirizayi iranlı qüvvələrin rolu barədə deyir:
“İranlı qüvvələr Qarabağ müharibəsi boyu Azərbaycanda İran bəsicisinə oxşar xalq qüvvələri təşkil etmək və onların arasında əlaqələndiricilik yaratmaqla, İran və Xudafərindən keçərək Şuşa istiqamətində hərəkət etmək və əməliyyatı Gəncəyə qədər genişləndirmək, işğal edilmiş Qarabağı mühasirəyə alaraq onu işğaldan çıxarmaq üçün bir neçə dəfə plan və proqram hazırladılar. Lakin bu təlaşların heç bir faydalı olmadı. Çünki Arazın o tayında yekdillik və birlik əhval-ruhiyyəsi zəif, daxili ixtilaflar isə həddindən artıq çox idi və hər kəs öz sazını çalırdı.”
İranın Qarabağ müharibəsindəki rolu bir sıra medialarda passiv adlandırılsa da, mövcud sənəd və faktlar bu iddianın düzgün olmadığını sübuta yetirir və göstərir ki, İranın hərbi və digər dəstəkləri Azərbaycan dövlətinin passivliyi ilə üzləşdiyi üçün örtülü qalmışdır.

 
  • Yazılıb
  • da (də) 2020 Jul 22
  • Göndərən جهان کمالی