“Azərbaycan-Ermənistan münaqişəsi təhlükəlidir və dialoq yolu ilə həll olunmalıdır”.
Arannews-Bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan mətbuatının Ermənistana silah-sursatın Gürcüstan üzərindən çatdırılmasına dair məlumatlarına münasibət bildirən səfir Gürcüstan XİN-nin bu barədə bəyanat verdiyini xatırladıb: “ABŞ-ın bu məsələ ilə bağlı mövqeyinə gəlincə, biz Azərbaycan- Ermənistan sərhədindəki vəziyyətdən, həqiqətən də, narahatıq”.
K.Deqnan qeyd edib ki, münaqişənin həlli üzrə mexanizmlər mövcuddur və onlardan mümkün olduğu qədər istifadə etmək lazımdır: “Qarşıdurma nəticəsində artıq qurbanlar var və bu, çox faciəvidir. Vəziyyət belə davam etməməlidir”.