Tarix : 2020 Jul 24
Kod 60026

Qarabağ gərginliyinin səbəbləri-Donmuş problemlər; SSRİ-nin mirası

Ermənistanın son günlərdə Qarabağla sərhəd məntəqələrə hücum etməsinin səbəblərindən bəziləri Ermənistanda ictimai rəyi siyasi, iqtisadi problemlərdən yayındırmaq, 2016-cı ildə məğlubiyyətinin əvəzini çıxmaq və Rusiyanı müharibə meydanına çəkmək olmuşdur.
AranNews – Qarabağ məntəqəsində Azərbaycan və Ermənistan arasında gərginliyin artmasından bir neçə gün sonra bu hadisənin səbəblərini araşdırmaq məntəqənin vəziyyəti barədə düyünlərin açılmasına kömək edə bilər.
Son illərdə Bakının hərbi büdcəsinin artdığı barədə xəbərlər verildi. Hətta müharibə cərəyanında da bu büdcənin yenidən artırılması barədə məlumatlar yayıldı. Bu arada Ermənistan fitnəli və çox güman ki, üçüncü ölkənin iştirakı ilə Bakı əleyhinə müharibəyə başladı. Ermənistan ordusu ağır silahlarla Azərbaycanın şimal-qərbində, Ermənistan və Gürcüstanla sərhəd bölgədə yerləşən Tovuz rayonuna qarşı hücuma keçdi və ictimai rəyi özünə yönəltdi.
Bu hücum 12 iyulda başladı və 15 iyulda hücumun şiddəti azaldı. Hər iki tərəf ağır itki verdi və Azərbaycan ilk dəfə olaraq öz generalını itirdi.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev Ermənistanın hücumundan bir gün sonra, əvvəl təhlükəsizlik şurası, sonra isə nazirlərlə iclas keçirərək Ermənistanın hücumu ilə bağlı bəyanat yaydı.
 
Son Qarabağ böhranında ölkələrin və təşkilatların davranışı
Region ölkələri arasında Türkiyə prezidenti Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın hücumunu pisləyərək təkid etdilər: İşğalçı Ermənistan dövləti beynəlxalq hüquqlara hörmətlə yanaşmalı və Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalıdır. Habelə vurğuladılar: Türkiyə Ermənistanın işğal etdiyi ərazilərdən çıxarılması üçün Azərbaycana hərtərəfli dəstək verəcək.
İran bu qarşıdurmanın başlanmasından təəssüfləndiyini bildirdi və hər iki tərəfi atəşkəsə çağırdı. İran xarici işlər naziri Azərbaycanın xarici işlər naziri ilə telefon danışığında Azərbaycanın ərazi bütövlüyünün bərpası, təmini və qorunmasına təkid etdi.
Rusiya Ermənistan və Azərbaycanı atəşkəsə çağırdı və bunun üçün vasitəçilik etməyə hazır olduğunu bildirdi. Amerika, İngiltərə və digər qərb ölkələri də hər iki tərəfi sülhə dəvət etdilər. Pakistan Ermənistanın hücumunu bərk pislədi. Ukrayna və Moldova da hər iki tərəfi atəşkəsə çağıraraq Azərbaycanın ərazi bütövlüyünə təkid etdilər.
BMT-nin Təhlükəsizlik Şurası Ermənistandan tələb etdi ki, Azərbaycan ərazilərinin işğalına son qoysun, TŞ-nın 822, 853, 884 saylı qətnaməsinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etsin.
Ukrayna Ermənistan səfirini çağırdı və öz narahatlığını bildirdi.
BMT, Avropa Birliyi, ATƏT, NATO, KTMT də atəşkəsin pozulmasını pislədi və müharibənin başlanmasına görə narahatlıq ifadə etdilər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın gözləntisinin əksinə olaraq İrəvana dəstək vermədi. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın hücumunu pisləyərək, Azərbaycana dəstək göstərdi.
 
Qarşıdurmanın başlanma səbəbləri
Azərbaycan və Ermənistan sərhədlərində qarşıdurmanın başlanmasının səbəbləri barədə müxtəlif fikirlər vardır. Lakin ixtilafların, atəşkəs elan edilməsinin, sülh müzakirələrinin tarixinə nəzər salmaqla qarşıdurmanın başlanması gözlənilməz deyildi.
Müharibənin ilk mərhələsində ASALA təcrübəli terror qrupu xarici ölkələr və Ermənistan tərəfindən hərbi, iqtisadi və diplomatik dəstək alırdı. Ermənistan xarici güclərin dəstəyi ilə Azərbaycanın 20 faiz torpaqlarını işğal etdi. BMT-nin Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğal edilməsini pislədilər və Ermənistandan tələb etdilər ki, heç bir şərt olmadan işğal etdiyi məntəqələrdən geri çəkilsin. Lakin Ermənistan TŞ-nın qətnamələrinə və 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsinə əməl etmədi və cəbhədə heç vaxt atəşkəs icra olunmadı.
Ermənistan inanır ki, geniş işğal əməliyyatını davam etdirməklə və Azərbaycan əleyhinə hücumları başlamaqla, Azərbaycanın öz torpaqlarını azad etmək əməliyyatına Rusiyanın hərbi dəstək verməsinin qarşısını ala bilər.
 
Donmuş problemlər; SSRİ-nin məşum mirası
Regionun bütün mühüm dövlətləri öz maraqları və nüfuzlarını həyata keçirmək istiqamətində problemlərin gedişatında məsələnin həll olunmamasını istəyirlər və işğalın davam etməsi yolu ilə öz müzakirə güclərini artırmağa səy edirlər. Ona görə də Azərbaycan ərazilərinin işğal məsələsi, başqa sözlə Qarabağ məntəqəsi SSRİ-nin digər coğrafi problemləri kimi donmuş qalıb və həll olmadan arxivə tapşırılıb. 2008-ci ildə Rusiyanın Gürcüstana hücumu sübut etdi ki, problemlər donmayıb və çox təhlükəli bir mənbəyə çevrilib.
Rusiya 2 noyabr 2008-ci ildə İravən və Bakı arasında vasitəçilik etdi və Moskva yaxınlığında Mein Dorf sarayında atəşkəs müqaviləsi imzalandı. Bu müqavilənin təzmin ediləcəyi gözlənilirdi. Çünki Rusiya ilk dəfə olaraq atəşkəs müqaviləsini və məsələnin həllinin sülh yolu ilə nizamlanmasını imza edir və onu təzmin edirdi. Lakin son illərdə atəşkəs pozuldu və hər iki tərəfdən həm dinc əhali, həm də hərbi qüvvələr həlak oldu. 2010-cu ilin iyun, 2014-cü ilin avqust, 2014-cü ilin noyabr və 2015-ci ilin dekabr aylarında iki tərəfin müzakirələri davam etdirməsinə baxmayaraq, döyüş cəbhələrində atəşkəsin dəfələrlə pozulması göstərdi ki, müharibə senariləri hələ də məntəqənin başının üstünü alıb.
2016-cı ilin aprel ayında 1992-ci ildən bəri ən geniş döyüş baş verdi. Azərbaycan bu döyüşdə Ermənistan qüvvələrinə ağır zərbə vurdu və işğal edilmiş ərazilərin bir hissəsini azad etdi, ilk dəfə olaraq yüksək əhval-ruhiyyə qazandı. Lakin Azərbaycanın qələbəsi Ermənistanın hamilərini narahat etdi. Bəzi ekspertlərin fikrincə, Ermənistanın son hücumunun səbəbi bu ölkə əhalisinin ictimai fikrini ölkədəki siyasi, iqtisadi problemlərdən yayındırmaq, 2016-cı il döyüşündəki məğlubiyyətin əvəzini çıxmaq, Rusiyanı öz xeyrinə olaraq müharibə meydanına çəkmək, ermənilərin Paşinyanın Qarabağa əhəmiyyət verməmək barədə baxışlarını dəyişdirmək olmuşdur.
Ənənəvi olaraq, Azərbaycan cəmiyyəti belə hesab edir ki, Türkiyə onlara dəstək verir, çünki Türkiyə müxtəlif vaxtlarda Bakıya kömək etməyə çalışmışdır, Rusiya Qarabağ məsələsinin həll olmamasından öz hüzurunu məntəqədə davam etdirmək kimi uzunmüddətli maraq güdür, İran isə ikili siyasət yürüdür.
Lakin Azərbaycan Respublikası cəmiyyətinin Türkiyə və İrana bu ənənəvi baxışı qəbuledilməzdir.
Amma diqqət etmək lazımdır ki, Qafqazda böhranın yaşanması gec-tez transregional dövlətlərin ayağını bu məntəqəyə açacaq. Bu son böhranda sionist rejiminin rolu ciddi şəkildə araşdırılmalıdır.
Bu arada Qarabağ məsələsinin həll olunmamasını “nə müharibə, nə sülh” vəziyyətində olaraq öz xeyirlərinə düşünən dövlətlər və Qarabağ məsələsini həll etməkdən boyun qaçıranlar üçün həmin vəziyyətin qorunması onların xeyrinə olmayacaq.
Qafqazda geniş müharibə transregional dövlətlərin xeyrinədir və regionun üç güclü ölkəsi olan İran, Türkiyə və Rusiya bu reallığa diqqət etməklə, Qarabağ böhranının həlli istiqamətində ciddi addımlar atmalıdır.
Mənbə: Anac

 
  • Yazılıb
  • da (də) 2020 Jul 24
  • Göndərən جهان کمالی