ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ)) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bəyanat yayıblar.
Arannews-Modern.az xəbər verir ki, həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi 16 iyul tarixindən etibarən Azərbaycan-Ermənistan sərhədi boyunca nisbi sabitliyi hökm sürməsini alqışlayır.
Həmsədrlər tərəfləri münaqişənin hərtərəfli həllini tapmaq üçün ciddi əsaslı danışıqlara hazırlaşmaq üçün hazırkı aktiv hərbi əməliyyatların azaldılmasından faydalanmağa çağırır. Həmsədrlər bir daha vurğulayırlar ki, bu həssas dövrdə təxribatçı bəyanatlardan və hərəkətlərdən, o cümlədən mülki şəxslərə və ya həyati əhəmiyyətli infrastrukturlar üçün təhdidlərdən çəkinmək vacibdir. Həmsədrlər qeyd edirlər ki, həmsədr ölkələrin birgə səylərini tənqid edən və ya birtərəfli qaydada yeni "şərtlər" yaratmaq, yaxud tənzimləmə prosesi formatında dəyişikliklər edilməsi konstruktiv dialoqun başlamasına imkan vermir.
Həmsədrlər bir daha əminliklə bildirirlər ki, davamlı sülh yolu ilə nizamlanmaya nail olmaq üçün ən yaxşı şəkildə siyasi iradə nümayiş etdirmək, maksimalist mövqelərdən çəkinmək, atəşkəs rejiminə ciddi riayət etmək və təxribatçı bəyanat və hərəkətlərdən çəkinmək lazımdır.