Tarix : 2020 Jul 26
Kod 60033

Azərbaycanlılarla ermənilər arasında davaya görə daha 9 nəfər SAXLANILDI

Moskvada ötən gündən azərbaycanlılarla ermənilər arasında başlayan kütləvi toqquşmalarla bağlı həbslər davam edir.

Arannews-Rusiya KİV-nə istinadən xəbər verir ki, bu gün ərzində daha 9 dava iştirakçısı saxlanılıb.

“Qanunsuz hərəkətlərə yol verən daha 9 nəfər saxlanılıb. Onlar barəsində “xuliqanlıq” maddəsi ilə iş açılıb”,-deyə xəbərdə bildirilir.

Rusiya polisi Moskvada son 2 gün ərzində baş verən toqquşmalarda iştirak edən bütün şəxslərin tutulub məsuliyyətə cəlb olunacağını elan edib.

  • Yazılıb
  • da (də) 2020 Jul 26
  • Göndərən جهان کمالی