Moskvada ötən gündən azərbaycanlılarla ermənilər arasında başlayan kütləvi toqquşmalarla bağlı həbslər davam edir.
Arannews-Rusiya KİV-nə istinadən xəbər verir ki, bu gün ərzində daha 9 dava iştirakçısı saxlanılıb.
“Qanunsuz hərəkətlərə yol verən daha 9 nəfər saxlanılıb. Onlar barəsində “xuliqanlıq” maddəsi ilə iş açılıb”,-deyə xəbərdə bildirilir.
Rusiya polisi Moskvada son 2 gün ərzində baş verən toqquşmalarda iştirak edən bütün şəxslərin tutulub məsuliyyətə cəlb olunacağını elan edib.