Tarix : 2008 Jul 23
Kod 6004

Şeyxülislam Amerikaya gedir

Konfrans çərçivəsində müxtəlif görüşlərim nəzərdə tutulur
Azerbaijan Servisi/Aran Agentliyi
“Yeni Şərq”in APA-ya istinadən yaydığı məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ABŞ-a səfər edəcək. Bu barədə jurnalistlərə açıqlama verən QMİ rəhbəri səfərin Nyu-Yorkda keçiriləcək beynəlxalq dini konfransda iştirak məqsədi daşıdığını deyib: «Mən İordaniya Kral Akademiyasının üzvüyəm. Həmin akademiyanın təşəbbüsü ilə iyulun 28-dən 31-dək Nyu-Yorkda beynəlxalq dini konfrans keçiriləcək. Mən də həmin konfransa dəvətliyəm. Konfrans çərçivəsində müxtəlif görüşlərim nəzərdə tutulur».
    Qeyd edək ki, son dövrlərdə Şərq-Qərb sivilizasiyalararası dialoq çərçivəsində dünyanın müxtəlif ölkələrində dinlərarası münasibətlər mövzusunda müntəzəm tədbirlər təşkil edilir. Bu tədbirlərin əksəriyyətinə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri də dəvət alır.
  • Yazılıb
  • da (də) 2008 Jul 23