İstintaq Moskvada azərbaycanlılarla qarşıdurmada iştirak etmiş beş ermənin həbsini tələb edib.
Arannews-Modern.az xəbər verir ki, Moskvanın Nikulin rayon Məhkəməsinə kütləvi davada iştirak etmiş beş erməninin istintaq təcridxanasına göndərilməsi tələbi daxil olub.
Rayon məhkəməsindən bildiriblər ki, S.Nikoyan, A.Nikoyan, A.Petrosyan, N.Petrosyan, A.Aprelyanın saxlanmasına dair müraciət daxil olub. Bu şəxslər qrup halında xuliqanlıq etməkdə təqsirli bilinirlər.