Tarix : 2020 Jul 30
Kod 60055

Koronavirusa görə 983 nəfər vaxtından əvvəl AZADLIĞA BURAXILIB-NAZİRLİK

İyulun 29-da Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında kollegiya iclası keçirilib.

Ədliyyə Nazirliyindən Modern.az-a veeilən məlumata görə, kollegiyada bildirilib ki, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yenicə qəbul edilərək icrasına başlanılmış qanunvericiliyin tətbiqi ilə artıq 130 məhkum cəzadan azad olunub:

"Həmçinin nazirlik tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun davamlı olaraq intensiv tətbiqi və bu məsələdə müasir informasiya texnologiyalarının istifadəsi nəticəsində cari ildə 1.250 nəfər, o cümlədən pandemiya dövründə 983 nəfər vaxtından əvvəl azadlığa buraxılıb. Dövlət başçısının humanist siyasətinin təzahürü olaraq imzaladığı 6 aprel 2020-ci il tarixli Sərəncamla virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 məhkum əfv edilib".

  • Yazılıb
  • da (də) 2020 Jul 30
  • Göndərən جهان کمالی