Tarix : 2020 Jul 31
Kod 60056

Şəhidlərin qanının bərəkətindən tezliklə Qarabağın azadlığını bayram edəcəyik

Təbrizli ruhani höccətül-islam vəl-müslimin Vəhid Əhdi Miyardan: “Tovuz döyüşlərində Azərbaycan Respublikası ordusunun bir neçə əsgər və komandirinin şəhid olması münasibətilə başsağlığı verirəm və Azərbaycan Respublikasının İslam ordusundakı əsgər və qardaşlarımdan istəyirəm ki, hər gün səhər vaxtı öz çəkmələrinizin bağını İslam cəbhəsi səngərlərində hazır olmaq niyyətilə bağlayın və məqsədiniz Allahın razılığını qazanmaq, İslam torpaqlarını müdafiə etmək olsun.”
Arannews- xəbər verir ki, Təbrizin gənc ruhanilərindən olan Vəhid Əhdi Miyardan “Aran” Xəbər Agentliyinə göndərdiyi məqalədə Tovuz döyüşlərində Azərbaycan ordusu əsgər və komandirlərindən bir neçəsinin şəhid olması münasibətilə uca şəhidlik məqamı barədə yazıb.
Məqaləni sizə təqdim edirik:
Bismillahir-Rəhmanir-Rəhim
İslam mədəniyyətində xüsusi əhəmiyyət və dəyər daşıyan işlərdən biri də şəhidlikdir. Qurani-kərim şəhidlik məsələsini dəyərlərin başlığı qərar vermişdir. Rəsuli-əkrəm (s) buyurur:
فَوْقَ کُلِّ ذى بِرٍّ بِرٌّ حَتّى یُقْتَلَ فى سَبیلِ اللّهِ فَاذِا قُتِلَ فى سَبیلِ اللّهِ فَلَیْسَ فَوْقَهُ بِرٌّ.
“Bütün xeyir işlərdən üstün iş başqalarına yaxşılıq etmək, hətta Allah yolunda öldürülməkdir. Allah yolunda öldürülməkdən üstün heç bir yaxşılıq və xeyir yoxdur.” (“Vəsailuş-şiə”, c. 11, səh. 10, hədis 21)
Bizim sözümüz şəhid və şəhadət barədədir. İslamda şəhid anlamı nədir? Şəhid döyüş meydanında həlak olandır, yaxud digər anlamları da vardır?
İslam rəvayətlərində şəhid üçün xüsusi və ümumi olmaqla iki tərif verilmişdir:
Xüsusi mənada olan şəhid o kəsdir ki, döyüş meydanında həlak olsun. Belə bir şəhidə qüsl vermək və kəfənləmək də lazım deyil. Lakin ona cənazə namazı qılmaq vacibdir.
Ümumi mənada olan şəhid o kəsdir ki, döyüş meydanında həlak olmayıb, lakin onun məqam və savabı şəhidin məqam və savabına bərabərdir. Başqa sözlə, o da şəhid hökmündədir. Bunun daha yaxşı izahı və anlaşılması üçün bir neçə hədisə diqqət edək.
Allahın rəsulu (s) bir hədisdə dörd qrupu şəhid adlandırır:
مَن قُتِلَ دُونَ أهلِهِ ظُلما فهُو شَهيدٌ ، و مَن قُتِلَ دُونَ مالِهِ ظُلما فهُو شَهيدٌ ، و مَن قُتِلَ دُونَ جارِهِ ظُلما فهُو شَهيدٌ ، و مَن قُتِلَ في ذاتِ اللّه ِ عَزَّ و جلَّ فهُو شَهيدٌ
“1. Öz ailəsini müdafiə edərək zülm ilə öldürülən şəxs şəhiddir.
2. Öz malını müdafiə edərək zülm ilə öldürülən şəxs şəhiddir.
3. Öz qonşusunu müdafiə edərək zülm ilə öldürülən şəxs şəhiddir.
4. Allah yolunda öldürülən şəxs şəhiddir.”
(“Təhriru məvizətul-ədədiyyə”, səh. 560)
Allahın rəsulu (s) buyurub:
من قاتل دون نفسه حتّی یقتل فهو شهید
“Hər kim öz canını müdafiə edərək döyüşsə və öldürülsə, şəhiddir.”
(“Kənzul-ummal”, c. 4, səh. 420, hədis 11236)
İmam Sadiq (ə) buyurub:
الکاد على عیاله کالمجاهد فى سبیل الله
“Öz ailəsinin ruzi ardınca gedən kəs, Allah yolunda döyüşən mücahid kimidir.”
(“Kafi”, c. 5, səh. 88)
 
Şəhidliyin müqəddəs olmasının mənşəyi nədir?
Aydındır ki, şəhadətin müqəddəsliyi öldürülmək səbəbindən deyil. Çünki bəzi öldürülməklər məqsədsiz tələf olmaqdır və iftixar olmaq əvəzinə, rüsvayçılıq sayılır.
Şəhadət bir ölümdür ki, insan onun mümkün, yaxud əmin olduğu təhlükələrinə diqqət etməklə, müqəddəs və insani hədəf uğrunda və Quranın sözü ilə “Allah yolunda” ona doğru gedir.
Şəhadətin iki əsası vardır: Biri odur ki, Allah yolunda olsun; hədəf müqəddəs olsun və insan öz canını həmin həfədə qurban vermək istəsin.
Digəri budur ki, agahlıqla baş tutsun, yəni insan din və həqiqətin bərpası, yaxud bəşəriyyət uğrunda öz canını qurban versin.
Bu iki qrup şəhid sayılır, hətta müsəlman olmasa və tağut hökumətində olsa da.
Allaha xatir İslam sərhədlərini qorumaq, bir ölkənin namusunu və ərazisini qorumaq sərhədçilikdə ən önəmli və dəyərli əməllərdən biridir. Necə ki, Allahın rəsulu (s) buyurur: “Allah yolunda bir gün sərhəd keşiyində dayanmaq dünya və onda olanlardan yaxşıdır.” (“Kənzul-ummal”, hədis 10508; “Muntəxəbu-Mizanul-hikmət”, 116)
Sonda Tovuz döyüşlərində Azərbaycan Respublikası ordusunun bir neçə əsgər və komandirinin şəhadəti münasibətilə başsağlığı verirəm və Mütəal Allahdan onların ailələri üçün səbr və məğfirət diləyirəm. Azərbaycan Respublikasında İslam ordusu əsgər və döyüşçülərinə salam və sağlamlıq arzu etməklə yanaşı, onlardan istəyirəm ki, hər gün səhər vaxtı öz çəkmələrinizin bağını İslam cəbhələri səngərlərində hazır olmaq niyyəti ilə bağlayın, bu işdə hədəf və niyyətiniz Allahın razılığını qazanmaq, İslam torpağı və ərazilərini müdafiə etmək olsun, döyüş səhnələrində şəhidlər sərvəri İmam Hüseyni (ə) xatırlamaq yaddan çıxmasın.
Biz medialar vasitəsilə gördük ki, Azərbaycan Respublikasının müsəlman xalqı Tovuz döyüşlərində şəhid olmuş övladlarını Ya Hüseyn, Ya Zəhra, Ya Zeynəb nidaları ilə müşayət edirlər. İnşallah, şəhidlərin qanının bərəkəti ilə tezliklə zülmə məruz qalmış Qarabağın azadlığını birlikdə bayram edəcəyik.

 
  • Yazılıb
  • da (də) 2020 Jul 31
  • Göndərən جهان کمالی