Tarix : 2020 Jul 31
Kod 60057

Rusiya qanunsuz silahlı birləşmələrin iştirakçısını Azərbaycana ekstradisiya edib

İyulun 28-də Rusiya hakimiyyəti bir sıra xarici ölkələrdə “Muxtar” ləqəbi ilə qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə ittiham olunan Azərbaycan vətəndaşı Mehdi Əflatun oğlu Şükürovu Azərbaycana ekstradisiya edib.

Arannews-Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir.

M.Şükürova qarşı CM-in 12.3,214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə) və 12.1,279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham irəli sürülüb.

Bundan öncə onun barəsində beynəlxalq axtarış elan edilib. Rusiya ərazisinə keçdikdən sonra saxlanılıb və qarşılıqlı hüquqi yardım haqqında müqaviləyə əsasən Azərbaycana verilib. Cinayət işi üzrə araşdırma davam edir.

 

Turan

  • Yazılıb
  • da (də) 2020 Jul 31
  • Göndərən جهان کمالی