Rusiya Milli Araşdırma Mərkəzində yaradılmış koronavirus əleyhinə vaksin ekspertizaya təhvil verilib.
“Arannews-Interfaks”-a istinadən xəbər verir ki, Rusiya Milli Araşdırma Mərkəzində yaradılmış koronavirus əleyhinə vaksin ekspertizaya təhvil verilib.
Rusiya Səhiyyə Sahəsinə Nəzarət üzrə Federal Xidmətinə vaksini yoxlamaq üçün 5-7 gün lazım olacaq.
“Bundan sonra, gözlənildiyi kimi, vaksin 15 avqustda mülki dövriyyəyə daxil ola bilər”,- deyə qeyd edilib.
Qeyd edək ki, vaksin hazırda ekspertizadadır. Bütün sənədlər hazırlandıqdan sonra, onlar yoxlamadan keçəcək və Səhiyyə Nazirliyinə göndəriləcək. Mənbənin məlumatına görə, vaksin qeydiyyat keçirilməlidir.
Rusiya koronavirus əleyhinə vaksini bu tarixdə dövriyəyə buraxacaq