Həmsədrlər Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə yeni görüşləri gözlədiklərini də vurğulayıblar
Azerbaijan Servisi/Aran Agentliyi
ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) 22 iyul tarixində birgə bəyanatla çıxış ediblər.
Bəyanatda deyilir ki, ATƏT-in Minsk Qrupu Ermənistan və Azərbaycan prezidentlərinin Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində konstruktiv iştirakını alqışlayır. Bu haqda “Yeni Şərq” BBC-yə istinadən xəbər verir. Bildirilir ki, həmsədrlər "bütün tərəfləri maksimalist təşəbbüslərdən uzaq olmağa" çağırırlar. Vasitəşilər hesab edir ki, tərəflər "hərbi nitqlərdən qaçaraq, problemin sülh yolu ilə çözüm yolunu birgə axtarmaldırlar".
Həmsədrlər Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə yeni görüşləri gözlədiklərini də vurğulayıblar.
Qeyd edək ki, münaqişənin uzanması və Ermənistanın işğalçılıq siyasətindən geri çəkilməməsi tərəflərin bir qədər sərt tonla çıxışlar etməsinə gətirib çıxarıb. Analitiklər həmsədrlərin son bəyanatını bu sərtliyi yumşaltmağa cəhd kimi dəyərləndirirlər.