Nardaran hadisələri zamanı həbs olunmuş və 14 il 6 ay azadlıqdan məhrum olunmuş Şamil Abduləliyevin apelyasiya məhkəməsi keçiriləcək.
Arannews- rakurs.tv : Bu barədə onun yaxınları məlumat verib.
Məlumatda bildirilir ki, həbs olunduğu zaman güllə yarası ilə zədə alan və hərəkət imkanları məhdudlaşan Ş. Abduləliyevin qanunsuz həbsilə bağlı bir çox beynəlxalq təşkilatların bəyanatlarına baxmayaraq, o, hələ də həbsxana həyatı sürməkdədir. Hərəkət imkanları məhdudlaşan Nardaran məhbusu başqalarının yardımı olmadan yeriyə bilmir və illərdir ki, bu vəziyyətdə 15 saylı cəzaçəkmə müəssisəsinə məhkumdur.
Edilən bütün müraciətlərə rəğmən məhkəmə onun xəstəliyini nəzərə almır. Dəfələrlə Penitensiar Xidmətin müalicə mərkəzində müalicə alsa da onun səhhətində heç bir müsbət dəyişiklik yoxdur. Bədənində gəzdirdiyi güllə qəlpələri hələ də ona əziyyət verməkdədir.
Səhhəti ilə bağlı olunan çoxsaylı müraciətlərə cavab verilmir.
Bir müddət öncə Nizami rayon məhkəməsində Ş. Abdulaliyevin səhhəti ilə bağlı məhkəmə işinə virtual iclasda baxılsa da, hakim onun həbsini qüvvədə saxlamışdı.
Sabah, 30 İyul, saat 15:00-da Ş. Abdulaliyevin Nizami rayon məhkəməsinin çıxardığı qərardan verdiyi apellyasiya işi üzrə məhkəməsi keçiriləcək.