Arannews-iyulun 14-dən 15-nə keçən gecə Tovuz rayonunda baş verən hadisələrəgörə ordumuzda dəstək yürüşündə qoşulan, 21 iyul 2020- ci il tarixdə saxıanılıb Baş Prokurorluğun Istintaq İdarəsində dindirilən və 23 iyulda Binəqədi Məhkəməsının qərarı ilə barəsində 30 sutka inzibati həbs cəzası seçilən Elnur Həsənov saxlandığı gündən aclıq aksiyası keçirir.
Bu haqda Elnur Həsənov özü Binəqədi rayonu ərazisində yerləşən İnzibati Həbs Olunanların Saxlama Yerindən zəng edib ailəsinə bildirib. Elnur Həsənov AXCP Sabunçu rayon şöbəsinin üzvü, həm də "Azadlıq" qəzetinin sürücü əməkdaşıdır. Xatırladaq ki, Elnur Həsənovun hər iki valideyni torpaqlarımız uğrunda döyüşlərdə iştirak edib. Atası bir sıra mühüm döyüşlərin iştirakçısı və bir çox generalların köməkçisi olub.
Anası erməni dilini bilən rabitəçi kimi ordumuzun birləşmələrində xidmət keçib. Sonradan anası xəstəlikdən dünyasını dəyişib. Hazırda xəstə qoca nənəsi ( anasının anası) Elnur Həsənovun himayəsindədir.(azadlıq qəzeti)