Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Arannews-islamazeri.com xəbər verir ki, Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 32157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, 5229 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 283, ötən müddət ərzində isə ümumilikdə 723 236 test aparılıb.
Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 82.33 % faizi sağalıb. Yoluxanlardan 16.26 faiz aktiv xəstə var. Ölkə üzrə ümumi yoluxanların – yəni 32157 nəfərin 1.41 faizi ( 454 nəfər) dünyasını dəyişib. Son günlər Azərbaycanda koronavirusdan sağalma sayı və tempi, yoluxma sayı və tempindən daha çoxdur.