Tarix : 2020 Aug 02
Kod 60068

Ermənistanda koronavirusa yoluxanların sayı 39050-yə çatıb

Ermənistanda son sutkada daha 209 nəfər yeni növ koronavirusa yoluxub, 5 nəfər ölüb.
Arannews-APA : bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 39050-yə, virusdan ölənlərin sayı isə 754-ə çatıb.
Hazırda 8318 nəfər virusdan müalicə olunur.  Bu günə kimi 166701 test aparılıb. 

 
  • Yazılıb
  • da (də) 2020 Aug 02
  • Göndərən جهان کمالی