Tarix : 2020 Aug 03
Kod 60069

Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı açıqlanıb

Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiyada olanların sayı açıqlanıb.

Arannews-APA: xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd olunub. 

Bildirilib ki, xəstələrdən 272 nəfəri reanimasiyadadır. Süni nəfəs cihazına qoşulanların sayı isə 62 nəfərdir.

Qeyd edək ki, bu günədək Azərbaycanda 32 443 nəfər COVID-19-a yoluxub, onlardan 27 113-ü sağalıb, 462 nəfəri isə vəfat edib

  • Yazılıb
  • da (də) 2020 Aug 03
  • Göndərən جهان کمالی