Babacan bəyan edib ki, hər bir dövlətin nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək və müvafiq texnologiyaya malik olmaq hüququ var. Qeyd edək ki, Cəlali İstanbula Cenevrədən gəlib
Türkiyə Servisi/Aran Agentliyi
Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əli Babacan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Sayed Cəlali ilə birgə verdiyi mətbuat konfransında deyib.
Babacan bəyan edib ki, hər bir dövlətin nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək və müvafiq texnologiyaya malik olmaq hüququ var. Qeyd edək ki, Cəlali İstanbula Cenevrədən gəlib. O, İsveçrədə beynəlxalq altılıqla danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edir.