Avropa Parlamentinin ən böyük qrupu olan Sosial Demokrat (S&D) Qrupunun vitse-prezidenti Kati Piri qrup adından Avropa Birliyinin Xarici Siyasət rəhbərinə Azərbaycan hakimiyyətinə qarşı sanksiya tətbiqi üçün müraciət etdi. Müraciətdə deyilir:
"Arannews-Azərbaycanda müxalif Xalq Cəbhəsi (AXCP) partiyasının Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlıya Azərbaycan hüquq-mühafizə orqanlarında verilən ağır işgəncələr barədə inandırıcı məlumatlar bizi narahat edir. Cənab Qəhrəmanlı Prezident İlham Əliyevin rejimi tərəfindən çevriliş hazırlamaq ittihamı ilə həbs olunan onlarla müxalif şəxsdən biridir. AXCP sədri Əli Kərimli isə qanunsuz olaraq de-fakto ev həbsindədir.
Bu məsuliyyətsiz hərəkətlər çıxışlarında dəfələrlə "beşinci kolon" və "satqın" kimi söyüş söyən prezident Əliyevin müxalifətçiləri qorxutma, təcavüz və həbs ilə bağlı sistematik hərəkətlərinin bir hissəsini təşkil edir. Həbs edilənlər Azərbaycan qanunvericiliyinə və ölkənin beynəlxalq öhdəliklərinə zidd olaraq, vəkilləri və ailələri ilə əlaqə kimi əsas hüquqlarından məhrum edilir.
Prezident Əliyevin COVID-19 pandemiyasından və Ermənistanla hərbi gərginlikdəki son sıçrayışdan ölkədə siyasi müxalifətin qalan hissələrini tamamilə yox etmək üçün bir bəhanə kimi istifadə etməsi yolverilməzdir. Azərbaycandakı vəziyyətin ağırlığını nəzərə alaraq, Avropa Birliyinin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josef Borreldən AB miqyasında qəbul edilən insan haqları pozuntularına görə sanksiyalar tətbiq etmək təşəbbüsünü yubanmadan qaldırmağa, zorakılığa cavabdeh olan məmurlara sanksiya tətbiq etməyə çağırırıq".