Tarix : 2020 Aug 05
Kod 60081

Cənub enerji koridoru və Rusiyanın maraqlarının təhdidi;

Avropaya enerji nəqli yolunda Qarabağ böhranı

Cənub koridoru vasitəsilə Avropaya enerji nəqlinin təhlükəsiz yolu davamlı olaraq təhdidə məruz qalacağı surətdə Avropanın Rusiya qazından asılılığı azalmayacaq. Ekspertlərin fikrincə, bu məsələ Moskvanın istəyinə uyğundur.
AranNews-in “Anac” Xəbər Agentliyinə istinadla verdiyi xəbərə görə, son günlərdə Ermənistan Azərbaycan Respublikasının Tovuz məntəqəsinə qəfil hücum etmişdir və iki ölkə ordusu arasında qarşıdurma yaranmışdır. Bir sıra səbəblərdən bu döyüş sakitləşsə də, məntəqə atəşkəs günlərini və hər iki tərəfdən atəşkəsin pozulmasını təcrübə edir.
Ekspertlərin fikrincə, Tovuz rayonu Qafqazın bərzəxidir və hər kəs Xəzər dənizindən keçərək Qara dənizə getmək istəsə, bu məntəqədən (Orta Qafqazdan) keçməyə məcburdur. Azərbaycan Respublikasının neft-qaz boruları, bir sıra quru və dəmir yolları bu məntəqədən ötməsi, Azərbaycanın ikinci şəhəri olan Gəncənin bu məntəqəyə yaxın olması Tovuzun əhəmiyyətini daha da artırır.
Ötən ay baş vermiş bu döyüş əvvəlcədən hazırlaşma ilə yanaşı olmuşdur. Çünki Ermənistan bu strateji məntəqədə bir çox hərbi döyüş bazalarına sahibdir. Belə nəzərə gəlir ki, Ermənistanın Tovuzdan Azərbaycan Respublikasına hücum etməsinin əsas səbəbi bu məntəqənin enerji nəqli borularına yaxın olmasıdır. Ermənilər qabaqlar da enerji xəttini hər vaxt təhdid edə bilmək üçün Kəlbəcəri işğal etmişdilər. Döyüş gedən vaxtlarda Azərbaycan dövlət neft şirkətinin vitse-prezidenti Elşad Nəsirov da bu məsələyə toxunaraq bildirmişdi ki, döyüşlər Xəzər dənizi neft və qazının dünya bazarına nəqlinə aid infrastrukturların bir hissəsinə yaxın yerdə baş vermişdir və onun davam etməsi enerji təhlükəsizliyinə zərər bura bilər. “Reuters”-in verdiyi xəbərə görə, Nəsirov vurğulayıb ki, Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa, Bakı-Tiflis-Ərzurum neft və qaz kəmərləri, habelə Xəzərdən Avropaya neft nəqlinə aid bir sıra təsisatlar döyüş gedən məntəqəyə yaxın ərazidə yerləşir. Bunun mənası odur ki, Ermənistan enerji nəqli yolunu təsir altında qoymaqla Qarabağda pay istəyir.
Cənub qaz dəhlizinin son hissəsi sayılan və digər iki boru kəmərinə şamil olan Trans Adriatik boru kəməri Gürcüstandan Türkiyəyə keçir. Bu koridorun tamamlanması bütün koridorun əməliyyatının təkmilləşməsi və Avropanın Rusiyadan qaz asılılığının azalması deməkdir. Bundan əvvəl Azəbraycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) elan etdi ki, Trans Adriatik boru kəməri (TAP) cənub qaz dəhlizinin son hissəsi olaraq tamamlandıqdan sonra Azərbaycanın təbii qazı Şahdəniz-2 yatağından Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri vasitəsilə Avropaya ixrac olacaq. Bu məsələ Azərbaycanın gəlirlərinin artmasına və Avropa enerji təhlükəsizliyinin təminində əsas rol oynamasına səbəb olacaq.
Azərbaycan siyasətçilərinin rusları məntəqədə qarşıdurmanın səbəbkarı kimi görməsinin səbəblərindən biri də bu mövzu ola bilər. Çünki Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təhlükəsiz enerji nəqli yolu təhdid altına düşərsə, Avropanın Rusiyadan qaz asılılığı baş tutmayacaq və Cənub Qaz Dəhlizinin formalaşması uzun müddət Rusiyaya ziyan vura bilməyəcək.

 
  • Yazılıb
  • da (də) 2020 Aug 05
  • Göndərən جهان کمالی