Tarix : 2020 Aug 06
Kod 60082

Belarusa gələn azərbaycanlılar karantində saxlanılmayacaq

Belarus Səhiyyə Nazirliyi COVID-19 hallarının qeydə alındığı ölkələrin siyahısını yeniləyib.

Arannews-Avqustun 4-də daha 5 dövlət (Azərbaycan, Monqolustan, Tanzaniya, Fici və Şri Lanka) siyahıdan çıxarılıb.

Qeyd edək ki, siyahıya əlverişsiz epidemioloji vəziyyəti olan dövlətlər daxildir. Belə ki, bu ölkələrdən Belarusa gələn şəxslərdən 14 gün özlərini təcrid etmələri tələb olunur.

Hazırda siyahıda 100 ölkə yer alıb.

  • Yazılıb
  • da (də) 2020 Aug 06
  • Göndərən جهان کمالی