Azərbaycanda koronavirus infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Arannews-Az.shafaqna.com xəbər verir ki, bu haqda Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 33103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 840 nəfər müalicə olunaraq sağalıb, 476 nəfər vəfat edib, aktiv xəstə sayı 3787-dir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7883, ötən müddət ərzində isə ümumilikdə 759 129 test aparılıb.
Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 87.12 faizi sağalıb. Yoluxanlardan 11.44 faiz aktiv xəstə var. Ölkə üzrə ümumi yoluxanların - yəni 33103 nəfərin 1.44 faizi ( 476 nəfər) dünyasını dəyişib. Son günlər Azərbaycanda koronavirusdan sağalma sayı və tempi, yoluxma sayı və tempindən daha çoxdu