Arannews-Shafaqna.com-a istinadən xəbər verir ki, Gürcüstanda 18 yaşadək olan uşaqlara tədris ilinin əvvəlində dövlət tərəfindən 200 lari (təxminən 65 dollar) məbləğində yardım ediləcək.
Bu haqda Gürcüstan Baş naziri Giorqi Qaxariya məlumat verib.
O qeyd edib ki, koronavirus pandemiyasına görə bir çox vətəndaşa ciddi zərər dəyib, buna görə də hökumət çətin dövrdə əhalini dəstəkləmək qərarı qəbul edib.
“Ən əsası – iqtisadi böhran dövründə vətəndaşlarımız, xüsusilə də uşaqlar üçün dövlət tərəfindən 200 lari məbləğindəki birdəfəlik yardım olacaq və bu, tədris ilinin əvvəlinədək uşaqlara edilən ən mühüm yardım olacaq”, - deyə o bildirib.
O əlavə edib ki, hazırda ölkədə 18 yaşadək olan 300 minə yaxın uşaq var.
Bundan başqa 150 mindən az sosial bala sahib hər bir tələbə 2020-2021-ci tədris ilində bir semestr üçün Gürcüstan dövlətindən təzminat alacaq.
Qaxariyanın sözlərinə görə, həmçinin təhsil haqqı ödənilmədiyi üçün tələbə statusu dayandırılmış tələbələrin də illik təhsil haqqı ödəniləcək.
Ümumilikdə, Gürcüstanda 33 mindən çox tələbə bu imtiyazlardan yararlana biləcək.