Tarix : 2020 Aug 08
Kod 60087

Yoluxma sayı 129-a düşdü: 421 sağalma, 4 ölüm

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Arannews-Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 29 696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib. Xüsusi rejimli xəstəxanalarda müalicə alan aktiv xəstə sayı 3197 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6872, ötən müddət ərzində isə ümumilikdə 773051 test aparılıb.

 

 

  • Yazılıb
  • da (də) 2020 Aug 08
  • Göndərən جهان کمالی