Tarix : 2020 Aug 09
Kod 60088

Saxlanma Məntəqəsi "İstintaq idarəsinə" çevrilib

Binəqədi rayonu ərazisindəki Inzibati Həbs Olunanların Saxlanma Məntəqəsi "Istintaq idarəsinə" çevrilib

Arannews-Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barəd jurnalist Təzəxan Mirələmli soial şəbəkədə məlumat paylaşıb: "Məntəqədə saxlanılanların əksəriyyəti, xüsusən də ictimai fəallar, müxtəlif qurumların əməkdaşları tərəfindən sorğu-sual edilir, onlara təzyiqlər olunur. Bu azmış kimi, Məntəqədə saxlanılan bəzi şəxslərin Baş Prokurorluğun Istintaq Idarəsinə aparılması, onlardan "Qarabağ yürüşünə" görə həbs olunan AXCP fəalları əleyhinə ifadələr alınması barədə də məlumatlar var.

Onlar ifadə verməyəcəkləri halda barələrində cinayət işi açılması ilə hədələnir. Qeyd edək ki, bu hallar əvvəllər də baş verib. AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun Saxlanma Məntəqəsindən DTX-ya aparılıb orada işgəncələrə məruz qalması barədə məlumatlar yayılmışdı. İnzibati həbs müddəti başa çatan kimi isə barəsində cinayət işi başlanmışdı".

Qeyd edək ki, Bakıda baş tutan Qarabağ Yürüşü aksiyasına görə 200 nəfərə yaxın vətəndaş saxlanılıb. Onların bəzisi hətta yürüşdə iştirak etməyib.

  • Yazılıb
  • da (də) 2020 Aug 09
  • Göndərən جهان کمالی