Tarix : 2020 Aug 13
Kod 60106

Azərbaycandan Gürcüstana səfərlər 65% azalıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 275 630 nəfər ziyarətçi qəbul edib.

Arannews-Bu barədə ölkənin Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə səfər edənlərin sayı 522 586 nəfər, yaxud 65,5% azalıb.

Hesabat dövründə  Gürcüstana, ümumilikdə, 1 495 743 nəfər beynəlxalq ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni göstəricisindən 69,9% azdır.

Yanvar-iyulda Gürcüstana Türkiyədən 244 286, Ermənistandan 215 212, Rusiyadan isə 187 326 nəfər səfər edib.

  • Yazılıb
  • da (də) 2020 Aug 13
  • Göndərən جهان کمالی