Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığı baş tutub
Arannews-Interfax-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Kremlin mətbuat xidməti məlumat verib.
“İkitərəfli gündəliyin aktual məsələləri müzakirə olunub. Bütün sahələrdə Rusiya-Azərbaycan tərəfdaşlığının gələcəkdə möhkəmlənməsinə yönələn qarşılıqlı niyyət təsdiq olunub. İ.Əliyev koronavirus infeksiyasına qarşı ilk Rusiya peyvəndinin qeydiyyata alınması münasibətilə V.Putini təbrik edib”, - Kremlin məlumatında qeyd olunur.
Bundan başqa, 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi kontekstində regional problematika ilə bağlı fikir mübadiləsi aparılıb.
“Rusiya tərəfindən gərginliyin artmasına gətirən istənilən hərəkətlərin yol verilməməsinin vacibliyi vurğulanıb”, - məlumatda bildirilir.