Tarix : 2020 Aug 16
Kod 60116

Elçin Qasımlı: "İnsanlarımızı məscidlərdən uzaq salmayın!"

Məsçidlərin bağlı qalmasına görə Müsəlman Birliyi Hərəkatı idarə heyətinin sədri Elçin Qasımov münasibət bildirib.

Arannews-Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib ki, qarşıdan gələn Məhərrəm ayında dini ayinlərin keçirilməsi, dindar insanların hislərinə, onların inanclarına çöx böyük hörmətlə yanaşılır:

"Bu ayinlər hər zaman ölkəmizdə keçirilib. Amma indiki epidemioloji vəziyyəti nəzərə almalıyıq. Xüsusən digər əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən ölkələrdə dini mərasimlərin keçirilməsi ilə bağlı şərtləri, qaydaları öyrənirik. Bunları nəzərə alaraq qarşıdan gələn dini mərasimlər çərçivəsində kütləviliyə yol verilməməsini vətəndaşlardan xahiş edirik.

Ölkəmizin din xadimləri tərəfindən də bununla bağlı insanlarımıza müraciətlər olub, vətəndaşlarımızın bu müraciətlərə əməl edəcəyini inanırıq".

  • Yazılıb
  • da (də) 2020 Aug 16
  • Göndərən جهان کمالی