Arannews- az.shafaqna.com xəbər verir ki, bu haqda təhsil və səhiyyə nazirliklərinin yeni təhsil ili ilə bağlı işləyib hazırladıqları tövsiyələrdə deyilir.
Məsləhətlərə əsasən, bununla belə, məktəblərin maska ehtiyatı olmalıdır.
Məktəb binasına daxil olmaq istəyən istənilən şəxs dezinfeksiya və hərarətin ölçülməsindən sonra daxil ola biləcək.
Şagirdlərdən başqa hər kəs məkbətin ümumi istifadə yerlərində (dəhliz, pilləkən, müəllimlər otağı və digər yerlərdə) maska taxmalıdır.
Yüksək temperaturlu və respirator simptomları olan şagirdlər üçün müvəqqəti təcrid otrağı ayrılacaq.
Hər bir tənəffüsdən sonra hamam otaqları dezinfeksiya ediləcək, otaqlar isə havalandırılacaq.
Həmçinin növbələr arasında yarımsaatlıq fasilələr, sanitar təmizlik və sinif və ümumi istifadə yerlərinin havalandırılması, tez-tez toxunulan səthlərin sanitar təmizliyi olacaq.
Xatırladq ki, Gürcüstan rəsmisi Yekaterina Dqebuadze tədris ilinin 15 sentyabrda başlayacağını bildirib.