Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 103 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Arannews-islamazeri.com xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 34018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib, 2 024 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7969, bu günə qədər isə ümumilikdə 820 002 test icra olunub.
Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 92.57 faizi sağalıb. Yoluxanlardan 5.95 faiz aktiv xəstə var. Ölkə üzrə ümumi yoluxanların - yəni 34018 nəfərin 1.48 faizi (504 nəfər) dünyasını dəyişib. Son günlər Azərbaycanda koronavirusdan sağalma sayı və tempi, yoluxma sayı və tempindən daha çoxdur