Ölkə başçısı Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri ilə bağlı sərəncam verib.
Arannews-Sərəcnamda qeyd olunur ki, Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
Qeyd edək ki, Dursun Həsənov Xarici İşlər nazirinin müavini Ramiz Həsənovun qardaşıdır. Bir neçə gün öncə R. Həsənovun XİN-in həbs edilən yüksək vəzifəli şəxsləri ilə bağlı cinayət işinin istintaqına çağırılaraq dindirildiyi haqda məlumat yayılmışdı.