Tarix : 2020 Aug 18
Kod 60131

İranın vitse-prezidenti: “Azərbaycanla əlaqələrin daha güclü və dərin olması üçün səylər göstərilir”

“Azərbaycan Respublikası İranla ən arzuolunan münasibətlərə malik qonşu ölkələrdən biridir”.
Arannews- İran mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İranın vitse-prezidenti və Proqram və Büdcə Təşkilatının rəhbəri Məhəmməd Bağır Nobəxt Ərdəbilə səfəri zamanı jurnalistlərlə açıqlamasında deyib. 
O bildirib ki, İran və Azərbaycan arasında əlaqələrin daha güclü və dərin olması üçün səylər göstərilir.
“İki dost və qardaş ölkə olan İranla Azərbaycan Respublikası siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirmək üçün hər zaman bir-birinin yanında olub və hazırda da bu münasibətlərin möhkəmləndirilməsi üçün birgə addımlar atılır. Ümid edirik ki, bu səylərin bəhrəsini görəcəyik. Azərbaycan Respublikası ilə qonşu bir əyalət olaraq Ərdəbil əyalətində sənaye şəhərciyinin yaradılması, dəmir yolu xəttinin birləşdirilməsi, habelə yük terminalının inşası kimi ortaq sərhəd layihələri davam edir. Onların istismarı ilə bu əlaqələrin güclənməsinə kömək edəcəyimizə ümid edirik. Bu birgə layihələrin inşası hökumətin qonşu ölkələrlə münasibətləri möhkəmləndirmək öhdəliyinin bir hissəsidir. Ümid edirik ki, növbəti illərdə bu münasibətlər hər iki ölkənin daha da çiçəklənməsinə səbəb olacaq”, - deyə İranın vitse-prezidenti qeyd edib.

 
  • Yazılıb
  • da (də) 2020 Aug 18
  • Göndərən جهان کمالی