Bütün dünyada olan Hüseynsevərlər, İslam dünyası Məhərrəm-Səfər əyyamına hazırlaşır. Dünyanın müxtəlif ölkələrində bununla əlaqədar məscidlərə, Hüseyniyyələrə, meydanlara qara bayraqlar vurulur, heyətlər pandemiya şəraitinə uyğun olaraq əzadarlıq mərasimlərinin keçirilməsinə hazırlaşır.
Arannews-Deyerler.org-un verdiyi xəbərə görə, İranın müxtəlif şəhərlərində, o cümlədən Ərdəbildə ənənəvi olaraq Məhərrəm-Səfər əyyamının daxil olmasına bir neçə gün qalmış artıq əzadarlıq mərasimləri başlanıb. Kovid-19 protokollarına riayət etməklə Ərdəbildə Əhli-beyt (ə) sevdalıları əzadarlıqlara başlayıb. Mərasimlər həm sosial məsafə gözləməklə məscid və hüseyniyyələrin daxilində, həm də məscidlərin həyətlərində keçirilir.