Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü, həbsdə olan Fuad Qəhrəmanlının ailəsi onun həyatından narahatdır.
“Arannews-Iyulun 23-dən Fuaddan heç bir xəbər yoxdur, telefon etmir, başına nə gəldiyindən xəbərimiz yoxdur”, - ailə üzvü Turan-a bildirib. Onun sözlərinə görə, istintaq təcridxanasında F.Qəhrəmanlı üçün bağlama qəbul edirlər, amma bunu alıb-almadığı məlum deyil.
“Fuadın əvvəlki həbsi zamanı bizdən bağlamanı qəbul edirdilər və çirkli geyimlərini verirdilər. İndi bizə deyirlər ki, Fuad özü paltarını dəyişmək istəmir. Bu, çox şübhəlidir, çünki hər kəs geyimini dəyişmək istəməli və dəyişməlidir”, - müxalifətçinin ailə üzvü davam edib.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Xatırladaq ki, Fuad Qəhrəmanlı 15 iyul nümayişi ilə əlaqədar iyulun 23-də həbs edilib və CM-in 4 maddəsi, o cümlədən 278-ci maddəsi (hakimiyyətin zorla ələ keçirilməsi) ilə ittiham olunub.
Hüquq müdafiəçiləri bildiriblər ki, o, AXCP lideri Əli Kərimliyə qarşı ifadə verməsi üçün amansız işgəncələrə məruz qalır