Tarix : 2020 Aug 21
Kod 60141

Azərbaycanda koronavirusa yoluxanların 93.53 faizi sağalıb, 5 faiz aktiv xəstə var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Arannews-Islamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

İndiyədək ölkədə ümumilikdə 34 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32511 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib, aktiv xəstə sayı 1738 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 174 ötən müddət ərzində isə ümumilikdə 855 802 test aparılıb.

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 93.53 faizi sağalıb. Yoluxanlardan 5 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların - yəni  34 759  nəfərin 1.47 faizi (510 nəfər) dünyasını dəyişib. Son günlər Azərbaycanda koronavirusdan sağalma sayı və tempi, yoluxma sayı və tempindən daha çoxdur.

  • Yazılıb
  • da (də) 2020 Aug 21
  • Göndərən جهان کمالی