Tarix : 2020 Aug 22
Kod 60147

Məşədi Dadaş məscidində onlayn əzadarlıq

Bakının Məşədi Dadaş məscidində onlayn kütlə üçün əzadarlıq mərasimi keçirilib

Arannews-islamazeri.com xəbər verir ki, mərasim əvvəlki illərdən fərqli olsa da, bu il daha çox təşkilatçılıq nəzərə çarpıb.

Belə ki, səhnələşmə, xüsusi dizayn diqqət çəkib.

Azərbaycan şəhidlərinin şəkillərilə bəzədilən məscid xüsusi diqqət çəkib.

Məhərrəmlikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların yad edilməsi sosial şəbəkələrdə də paylaşılıb.

Onlayn olaraq isə on minlərlə insan bu mərasimi izləyib.

Qeyd edək ki, Azərbaycanda məscidlər pandemiyaya görə bağlandığından kütləvi tədbirlər də keçirilmir.

  • Yazılıb
  • da (də) 2020 Aug 22
  • Göndərən جهان کمالی