Arannews-islamazeri.com xəbər verir ki, mərasim əvvəlki illərdən fərqli olsa da, bu il daha çox təşkilatçılıq nəzərə çarpıb.
Belə ki, səhnələşmə, xüsusi dizayn diqqət çəkib.
Azərbaycan şəhidlərinin şəkillərilə bəzədilən məscid xüsusi diqqət çəkib.
Məhərrəmlikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların yad edilməsi sosial şəbəkələrdə də paylaşılıb.
Onlayn olaraq isə on minlərlə insan bu mərasimi izləyib.
Qeyd edək ki, Azərbaycanda məscidlər pandemiyaya görə bağlandığından kütləvi tədbirlər də keçirilmir.