Təbrizdə səhiyyə tövsiyələrinə riayət etməklə Məhərrəm ayının ikinci gününün əzadarlıq mərasimi keçirildi.
AranNews – Məhərrəm ayının ikinci gününün əzadarlıq mərasimi Təbrizinin inqilabçı və mömin əhalisinin iştirakı və səhiyyə tövsiyələrinə riayət etməklə, habelə sosial məsafəni gözləməklə keçirildi.
Xatırladaq ki, korona pandemiyasına diqqət etməklə, bu il Məhərrəm ayının ilk ongünlüyünün əzadarlıq mərasimi səhiyyə protokollarına uyğun şəkildə keçirilir və İmam Hüseyn (ə) aşiqləri, həmişə olduğu kimi Şəhidlər sərvərinin (ə) bayrağını qaldırır, o həzrətin və vəfalı səhabələrinin matəmində göz yaşı axıdırlar.