Məhərrəm ayında hər kəs bir yol ilə İmam Hüseynin (ə) əzasına sadiq qalmağı düşünür
Arannews-Məhərrəm ayında hər kəs bir yol ilə İslam Peyğəmbərinin əziz nəvəsi İmam Hüseynin (ə) əzasına sadiq qalmağı düşünür.
Bu il pandemiya səbəbindən məscidlərin bağlı olması, mərasimlərin keçirilməsinin məqbul sayılmaması insanları Əhlibeyt məhəbbətini qazanmaları üçün müxtəlif yollar düşünmələrinə səbəb olmuşdur. Müxtəlif onlayn vasitələrlə bu təbliğatları görmək mümkündür.
Lakin klassik yollarla da bu ənənəyə sadiq qalanları görmək olar.
İslamazeri.com xəbər verir ki, Bakının Bülbülə qəsəbəsində uşaqlar və yeniyetmələrin pandemiya qaydalarına riayyət edərək İmam Hüseyn (ə) adına şərbət ehsan etmələri buna bir misaldır.