Tarix : 2020 Aug 23
Kod 60152

Azərbaycanda virusa yoluxanların sayı sağalanları yenidən ÜSTƏLƏDİ: 3 ölüm

Azərbaycan Respublikasında son sutka ərazində koronavirus (COVID-19) infeksiyasına 184 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Arannews-Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 105 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 842 nəfər müalicə olunaraq sağalıb, 515 nəfər vəfat edib, aktiv xəstə sayı 1 748 nəfərdir.
  • Yazılıb
  • da (də) 2020 Aug 23
  • Göndərən جهان کمالی